Yaxın günlərdə "Barselona" hücumçusu Lamin Yamalın yeni mövsümdə "10 nömrə" altında çıxış edəcəyini rəsmən açıqlayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kataloniyalıların yeni ev forması çərşənbə axşamı, iyulun 2-də təqdim olunacaq. Klub ümid edir ki, "10 nömrə"nin Yamala verilməsi forma satışından əldə olunan gəlirin artmasına səbəb olacaq.

 

Qeyd edək ki, hazırda "10 nömrə" bu yay "Monako"ya keçəcəyi gözlənilən Ansu Fatiyə məxsusdur. Bundan əvvəl isə "Barselona"da bu nömrə altında Lionel Messi, Ronaldinyo, Dieqo Maradona, Xuan Roman Rikelme, Rivaldo, Romario, Xristo Stoiçkov kimi ulduzlar çıxış edib.