Yeni mövsümə hazırlaşan "Kəpəz"in toplanış dönəmində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib. Sport24.az xəbər verir ki, "sarı-göylər" Premyer Liqanın startına kimi bir neçə qarşılaşma keçirməyi planlaşdırır.

 

Gələn ay, daha dəqiq desək, iyulda Adil Şükürovun baş məşqçisi olduğu kollektiv "Şamaxı" və "İmişli" ilə üz-üzə gələcək. Oyunların keçirkləcəyi tarix hələ dəqiqləşməyib.

 

Avqustun əvvəlində də gəncəliləri iki qarşılaşma gözləyir. Bu dəfə rəqiblərin əcnəbi klublar olacağı gözlənilir. Redaksiyamıza daxil olan bilgiyə əsasən, Qəbələyə toplanışa gələcək Küveyt təmsilçiləri "Kəpəz"lə yoxlama oyunu keçirəcəklər.

 

Qeyd edək ki, Misli Premyer liqasında yeni mövsüm avqustun 15-də start götürəcək.