Hollivud ulduzu Bred Pitt Lionel Messinin istedadının pərəstişkarı olduğunu etiraf edib. Sport24.az xəbər verir ki, məşhur aktyor ulduz bunu qonaq olduğu telekanalların birində söyləyib:

 

"O, əvəzolunmazdır! Ondan xoşum gəlir. Bir turist kimi ona baxardım. Əsas səhnədə (Dünya Çempionatında) özünü göstərməsi çox vaxt apardı".

 

Qeyd edək ki, Messi yeddi dəfə "Qızıl top"un sahibi olub. O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionluğunu bayram edib.