"Gəncə" voleybol klubu yeni mövsüm üçün çalışmaları davam etdirir. Sport24.az xəbər verir ki, komanda kolumbiyalı statist Marta Karrillo ilə müqavilə imzalayıb.

 

İdmanın voleybol növü üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis, həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası II səviyyə) sertifikatlı məşqçidir.

 

Qeyd edək ki, Karrillo statist kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb. Mütəxəssis 2020-2022-ci illərdə Meksika milli komandasında statist vəzifəsini yerinə yetirib.