"Latsio" İtaliya diktatoru Benito Mussolininin nəticəsi, Romano Floriani Mussolini ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
"Roma" akademiyasının yetirməsi olan 22 yaşlı futbolçu 2016-cı ildə icarə əsasında "Latsio"ya qoşulsa da, "canavarlar" sonradan onu "Peskara" və "Juve Stabia"ya icarəyə vermişdi. "Qartallar" bu yay satınalma bəndini işə salaraq Mussolinini geri qaytarmağa qərar verib.
Qeyd edək ki, Benito paytaxt təmsilçisinin heyətində ümumilikdə 37 oyun keçirib.