"Barselona"nın prezidenti Joan Laporta və komandanın sabiq baş məşqçisi Ronald Kuman barışıblar. Sport24.az xəbər verir ki, mütəxəssis "Kuman Golf Cup" adlı qolf turniri təşkil edib.

 

Yarışda Joan Laporta onun qonaq olub.

 

Bu tədbirdə məşqçi və funksioner barışdıqlarını açıqlayıbılar. Kuman deyib: "Ən vacib şey "Barselona"dır. Bəzən bu, iki insan arasındakı münaqişədən daha vacibdir".

 

Laporta isə söyləyib: "Razılaşıram. Baş verənlərin heç bir mənası yox idi".

 

Qeyd edək ki, Kuman 2020-ci ilin avqustundan 2021-ci ilin oktyabrına kimi Kataloniya təmsilçisinin baş məşqçisi olub. Mütəxəssisin klubdan ayrıldığı ərəfələrdə iki tərəf arasında qalmaqal yaşanmışdı.