AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, yarışın qalibi müəyyənləşib.
Əvvəlcə keçirilən üçüncü yer uğrunda görüşdə "Lənkəran" komandası "Bərdə"yə qalib gəlib - 9:2.
Həlledici matçda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edən "Gəncə" yarışın qalibi olub.
Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. Lənkəranda yerləşən "Raypo" İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnirdə 13 qol vuran "Lənkəran"ın oyunçusu Hüseynbala Talıbzadə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
"Gəncə"nin üzvü Fərid İsmayılzadə ən yaxşı qapıçı, "Sumqayıt"dan Ümid İbrahimov isə ən yaxşı oyunçu seçilib.