"Atletik"in futbolçusu Niko Uilyamsı öz istəyini klub rəhbərliyinə çatdırıb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşrinin jurnalisti Karlos Monfort məlumat yayıb.

 

22 yaşlı vinger Bilbao təmsilçisinə bildirib:

 

"Bu dəfə nə olursa olsun, "Barselona"ya keçmək istəyirəm. Keçən il baş verənlərə görə peşmanam. Onların qeydiyyat problemləri və ya maliyyə vəziyyəti məni maraqlandırmır. Həqiqətən orada oynamaq istəyirəm".

 

Qeyd edək ki, "Barselona" ötən ilin yayında Uilyamsı transfer etmək istəsə də, bu keçid baş tutmamışdı. Bu dəfə isə futbolçunun özü Kataloniya klubuna keçidə tam hazırdır.