Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycan komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında iştirak edəcəklər. Sport24.az xəbər verir ki, 20 yaşadək çimərlik voleybolçuların yarışı iyunun 27-29-da Litvanın paytaxtı Vilnüsdə baş tutacaq.

 

Azərbaycanı U-20 çempionatında 3 qız, 2 oğlan komandası təmsil edəcək.

 

U-18-lərin çempionatı isə iyunun 30-dan iyulun 5-dək Latviyanın Cesis şəhərində təşkil olunacaq. Bu yarışda 2 qız və 1 oğlan komandamız mübarizə aparacaq.

 

Qeyd edək ki, qızlardan ibarət komandaya Nihad Tarverdiyev, oğlanlardan ibarət kollektivə isə Atvars Vilde rəhbərlik edəcək.