Mərakeş millisinin və PSJ-nin futbolçusu Əşrəf Hakimi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Sport24.az "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, dinləmə tarixi hələ təyin edilməyib.

 

Nanterre prokurorluğu Hakimiyə qarşı 2023-cü ilin mart ayında ittiham irəli sürüb. Futbolçu həmin ilin fevral ayında polisə şikayət edən 24 yaşlı qadını təcavüz etməkdə ittiham olunur. 2025-ci ilin avqustunda "Le Parisien" qəzeti Hakiminin Nanterre prokurorluğunun tələb etdiyi 15 ilə qədər həbs cəzası ilə üzləşəcəyini bildirib.

 

Qeyd edək ki, 27 yaşlı Hakimi 2021-ci ilin yayından PSJ-də oynayır. Komanda ilə birlikdə o, dörd Fransa çempionluğu, üç Fransa Super Kuboku, iki Fransa Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.