Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib. Sport24.az xəbər verir ki, qapıçı Ederson, müdafiəçilər Çağlar Söyüncü, Cayden Oostervoldə və yarımmüdafiəçi Anderson Talişka sıraddan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çağlar, Talişka və Edersonda əzələ zədəsi aşkarlanıb. Oostervolde isə qasıq nahiyəsindən zədələnib.
Adıçəkilən futbolçular bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəçisi Milan Şkrinyar və yarımmüdafiəçi Edson Alvares də zədəlidir.