Napoli azarkeşi sevimli komandasının oyunundan sonra xəstəxanaya yerləşdirilib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, fanat komandasının "Atalanta" ilə oyununda (1-2) hakimin qərarlarına emosional reaksiya verib, onu təhqir edib. 40 yaşlı azarkeşin həyat yoldaşı isə bu təhqirləri səhvən öz ünvanına qəbul edib və ərini bıçaqlayıb.
Polis hesabatına görə, hadisə hakimin videotəkrara baxdıqdan sonra "Napoli"linin lehinə penalti təyin etməməsindən sonra yaşanıb.
Azarkeş Neapoldakı Ospedale del Mare xəstəxanasına aparılıb və həyat yoldaşına bir neçə maddə ilə ittiham irəli sürülüb.