Moskva MOİK-inin sabiq futbolçusu Vladimir Ponomaryov həmyerlisi Stanislav Çerçesovun baş məşqçisi olduğu "Ferentsvaroş"un Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a “Ferensvaroş”a uduzmasını (ümumi 2:4) şərh edib. Sport24.az xəbər verir ki, o, məğlubiyyəti gözləmədiyini söyləyib: "Çünki "Ferentsvaroş" yaxşı komandadır. Məncə, Çerçesov da belə nəticəni gözləmirdi. Ola bilsin ki, komanda köklənməyib, uğura həddən çox inanıb. Çox güman ki, "Qarabağ" üçün hazırlığı lazımi səviyyədə qiymətləndirməyiblər. Düşünürəm ki, komanda nəticə çıxaracaq: Çerçesov əla işləyir, onun ağıllı komandası var".

"Qarabağ" macarları Budapeştdə 3:1 hesablı qələbə sayəsində keçib. 

Xatırladaq ki, Ponomaryov "Ferentsvaroş"un 100 faiz "Qarabağ"a qalib gələcəyini söyləmişdi.