"Hall Siti" "Aston Villa"nın vingeri olan Leon Baileyni transfer etmək istəyir. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, Premyer Liqaya yeni yüksələn klub 28 yaşlı futbolçunun keçidi ilə bağlı həm "Aston Villa", həm də oyunçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Birmingem təmsilçisi Beylinin birdəfəlik transferinə üstünlük verir. Yamayka millisinin üzvü ilə Türkiyənin "Trabzonspor" və İspaniyanın "Selta" klubu da maraqlanır. Lakin futbolçunun ailəvi səbəblərə görə İngiltərədə qalmağa üstünlük verdiyi bildirilir.
Qeyd edək ki, Beyli 2021-ci ilin yayında təxminən 30 milyon funt sterlinq qarşılığında Almaniyanın "Bayer Leverkuzen" klubundan "Aston Villa"ya transfer olunub. O, indiyədək klubun heyətində 163 oyunda 23 qol vurub və 25 məhsuldar ötürmə verib.