"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında sabah "KuPS"a qarşı keçirəcəkləri II təsnifat mərhələsinin oyunundan jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Gözləntilərimiz, ümidlərimiz böyükdür. Futbolçularımızın hamısı oyun üçün yararlıdır. Matça ciddi yanaşırıq. Çalışmalıyıq ki, özümüzü yaxşı tərəfdən göstərək və azarkeşlər üçün baxımlı futbol sərgiləyək.
– Komandanın gücü avrokuboklarda hara qədər irəliləməyə çatacaq?
– Bu barədə nəsə demək çox erkəndir və düzgün deyil. Bu haqda danışmaq bizə nəsə verməyəcək. İşimizi görməliyik. Meydanda gücümüzü sübut etməliyik. Qarşımızda uzun yol var. Hələlik bu barədə danışmağın mənası yoxdur. İndi diqqətimiz sabahkı oyundadır. Bundan bir həftə sonra cavab matçı olacaq.
– Komandanın fiziki durumu sizi qane edir?
– Optimal formamıza çatmaq üçün nə qədər oyunun lazım olduğunu demək çətindir. Rəqibimiz artıq çempionatda 16 matç keçirib. Hər rəqib fərqlidir. Kimin daha yaxşı formada olduğunu demək doğru olmaz. Meydanda istədiyimiz heyəti, düzülüşü seçməliyik. Futbolçular verilən tapşırıqları meydanda maksimum icra etməlidirlər.
– Bir neçə mövqedə rəqabət var. Bu, sizin işinizi asanlaşdırır?
– Hücumçuların bəziləri ehtiyatda qalır. Futbol belədir, eyni anda bütün oyunçuları meydana buraxmaq olmur. Ən yaxşı "11-liy"i seçməliyəm. Oyun gedişində də dəyişiklər edirəm və bu, normaldır.
– Növbəti mərhələdəki potensial rəqibləriniz məlumdur. Nə düşünürsünüz?
– Təkrarlayıram, bütün diqqətim "KuPS"la matçdadır. Başqa rəqib haqqında düşünmürəm.