2026/2027 mövsümü üçün heyətini formalaşdıran "Kəpəz" baxışa daha bir futbolçu dəvət edib. Sport24.az-ın klubdakı etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gülalı Mehralıyev hazırda Gəncə təmsilçisinin düşərgəsində məşqlərdə iştirak edir.

Ötən mövsüm I Liqa təmsilçisi "Şimal"ın formasını geyinmiş futbolçunun taleyinə məşqçilər korpusu qərar verəcək. Baxış prosesinin yekunundan sonra onunla müqavilə imzalanıb-imzalanmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Gülalı Mehralıyev karyerası ərzində "Zirə"nin də şərəfini qoruyub.