İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente bildirib ki, onlar millisi dünya çempionatı ərzində özünəinamını heç vaxt itirməyib. Sport24.az xəbər verir ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

 

Bu münasibətlə bu gün Madriddə çempionluq paradı keçirilib.

 

"Biz bu uğuru böyük qürur hissi ilə yaşadıq. Möhtəşəm azarkeşlərimiz var idi, bütün İspaniya bizi dəstəkləyirdi və bu, bizə əlavə güc verirdi. Biz çox xoşbəxtik. Amma işini nümunəvi şəkildə görən möhtəşəm futbolçuların olanda hər şey daha asan olur.

 

Biz böyük hərflərlə yazılan dünyanın ən yaxşı komandasıyıq. Bu da bu qələbəni daha da dəyərli edir. Bizdə məğlub ola bilməyəcəyimiz hissi var və hər oyuna məhz bu inamla çıxırıq", – deyə de la Fuente çempionluq paradında bildirib.