"Vulverhempton" və "Everton" "Yuventus"un müdafiəçisi Koni De Vinterin xidmətində maraqlıdı. Sport24.az xəbər verir ki, hazırda Koni icarə əsasında "Cenoa"da çıxış edir.

 

Genuya təmsilçisi 8 milyon avro qarşılığında onu heyətinə qata bilər. Lakin "Vulverhempton" və "Everton" "qoca sinyora"ya Koni ilə bağlı yüksək məbləğ təklif edib.

 

Qeyd edək ki, o, 2026-cı il iyunun 30-na qədər "Yuventus"a məxsusdur. Belçikalı bundan əvvəl "Empoli"də icarə əsasında oynayıb. Vinter Belçika millisinin üzvüdür.