Portuqaliyada yeni dünya rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, "Santa Klara"nın hücumçusu Qabriel Silva "Famalikao" ilə qarşılaşmada saatda 40,3 km sürət yığmaqla tarixin ən sürətli futbolçusu olub. Bu nəticə STATSports GPS sistemindən istifadə etməklə qeydə alınıb və klub tərəfindən rəsmən təsdiqlənib.

 

Gabriel Silva "Palmeyras"ın yetirməsidir. O, bu klubun heyətində Braziliya və Libertadores kubokunu qazanıb.

 

Qeyd edək ki, Silva 2022-ci ildən Portuqaliyada çıxış edir. O, Azor adalarını təmsil edən klubun heyətində 98 oyuna çıxıb, 16 qol vurub və 10 məhsuldar ötürmə edib. Mövsümün sonunda "Santa Klara" Portuqaliya çempionatında beşinci yeri tutmaqla Konfrans Liqasına vəsiqə qazanıb.