"Qarabağ" qış təlim məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yola düşüb. Sport24.az xəbər verir ki, Azərbaycan çempionunun hazırlıq prosesi Antalya şəhərində baş tutacaq.
Ağdam təmsilçisinin Türkiyə toplanışı ayın 17-dək davam edəcək. "Qarabağ" burada yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə, yanvarın 16-da isə Polşa təmsilçisi "Zaqlebie Lubin"lə yoxlama oyunlarında qüvvəsini sınayacaq.