Portuqaliya təmsilçisi "Eştoril" əfsanəvi sürücü Ayrton Sennanın Formula 1-də ilk qələbəsinin 40 illiyini qeyd edib. Sport24.az xəbər verir ki, "Eştoril"in futbolçuları Portuqaliya çempionatında "Braqa" ilə matça tarixi hadisəni xatırlamaq üçün xüsusi formalarda çıxıblar.
Komandanın ənənəvi sarı və mavi rənglərinə əlavə olaraq, qara və qızılı - Ayrtonun Lotus 97T-nin liberasına bir işarə kimi - əlavə edilib.
Qeyd edək ki, Senna ilk dəfə 1985-ci ildə Portuqaliya Qran Prisində finişə birinci çatıb.Həmin il əfsanəvi brazliyalı pilotların ümumi hesabında dördüncü yeri tutub.