Polşa Futbol Assosiasiyası milli komandada kapitanlığın dəyişməsi ilə bağlı açıqlama yayıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada bildirilir:
"Polşa Futbol Assosiasiyası KİV-də yığma komandanın kapitanının dəyişməsində Polşa millisinin şurasının səbəbkarı olması ilə bağlı yayılan məlumatları inkar edir. Baş məşqçi Mixail Probejin milli komandanın şurası ilə görüşü olmayıb və qərarı məşqçi özü verib".
Xatırladaq ki, daha öncə Polşa millisinin hücumçusu Robert Levandovski kapitan sarğısından məhrum edilib. O, bu hadisədən sonra baş məşqçi dəyişdirilənə qədər bir daha millidə oynamamaq qərarına gəlib.
Qeyd edək ki, Mixail Probej sözügedən yığmaya 2023-cü ildən baş məşqçilik edir. Onun komandanı çalışdırdığı dövrdə Avro-2024-dən ilk kənarlaşdırılan polşalılar oldu. Daha sonra Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa millinin baş məşqçisini tam dəstəklədiyini bildirib.