"Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino London klubuna qayıtmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, komandanın hazırkı baş məşqçisi Angelos Postekoqlou mövsümün sonunda Avropa Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq istefaya göndəriləcək. 

 

Qeyd edək ki, Poçettino 2024-cü ilin sentyabrından ABŞ millisinə rəhbərlik edir. Argentinalı mütəxəssis 2014-2019-cu illərdə London klubunun baş məşqçisi olub. "Tottenhem" hazırda Premyer Liqada 33 turundan sonra 37 xal toplayıb və 16-cı yerdədir.