"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunun Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi halda buna necə reaksiya verəcəyini bildirib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə  "City Report"a açıqlamasında danışıb:  

 

"Mən Çempionlar Liqasına düşməyimizi istəyirəm. Vəsiqə qazanmasaq problem olacaq, amma bu, faciə deyil. Premyer Liqada elə klublar var ki, Çempionlar Liqasına vəsiqə qazana bilməyib, ancaq sonra geri qayıdıb. "Mançester Siti" ardıcıl neçə il Çempionlar Liqasında çıxış edir? On? Yox, daha çox. Amma buna qədər klub heç vaxt turnirdə iştirak etməmişdi. Biz böyük işlər görməyə öyrəşmişik və yenidən cəhd edəcəyik. Biz orada olacağıq".

 

Qeyd edək ki, "Mançester Siti" 28 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.