2025-ci ilin yayında klubsuz olan Leven Kyurzava karyerasını bərpa edib. Sport24.az xəbər verir ki, fransalı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək.
Kyurzava "Persib"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu Bandunq təmsilçisi ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, son klubu "Boavişta" olan Leven Kyurzava daha əvvəl "Monako", PSJ və "Fulhem"də çıxış edib. Təcrübəli sol cinah müdafiəçisi Fransa millisinin heyətində 13 oyun keçirib və 1 qol vurub.