"Sabah"dan ayrılan Ayaz Quliyevin yeni klubu müəyyələşib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
Quliyev "Arsenal"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi Tula təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ilin yayından "Sabah"da çıxış edirdi. O, 2021/2022 mövsümündə "Arsenal"ın formasını geyinib.