Zaqreb "Dinamo"sunun mərkəz müdafiəçisi Leon Yakiroviç karyerasını "İnter"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı oyunçu Xorvatiyanın U-18 millisinin də formasını geyinir. 

 

Qeyd edək ki, Yakiroviç "İnter"in 23 yaşadək futbolçulardan ibarət komandasında oynayacaq.