"Latsio"nun mərkəz müdafiəçisi Mario Hila klubunu dəyişə bilər. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Milan" 25 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Mənbənin sözlərinə görə, "rossonerilər" ispaniyalı üçün 20 milyon avro ödəməyə hazırdırlar. "Milan"ın Hilanın keçidini yay "transfer pəncərəsi"ndə, hazırkı klubu ilə müqaviləsinin bitməsinə bir il qaldığı zaman başa çatdırmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Mario 2022-ci ilin yayında "Real"ın gənclər komandasından 6 milyon qarşılığında "Latsio"ya transfer olunub. Mediada yayılan məlumatlara görə, "Kral klubu" müdafiəçinin növbəti transfer haqqının 50%-ni almaq hüququna malikdir. Buna görə də, "Milan" və "Latsio" arasında müqavilə bağlanarsa, Madrid klubu 10 milyon avro qazanacaq.