"Lion"un baş məşqçisi Paulo Fonseka Liqa 1-də PSJ üzərində səfərdə 2:1 hesablı qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında futbolçularının tətbiq etdiyi taktiki planın uğurla icra olunduğunu bildirib:
"Bu qələbə bizə turnir cədvəlində böyük bir təkan verdi. Oyundan əvvəl bu həftə üzərində işlədiyimiz əsas məsələ müdafiə idi. Dünyanın ən güclü komandalarından biri olan PSJ ilə necə oynayacağımızı bilirdik. Topa sahib olmayacağımızı qəbul etdik və buna görə də yaxşı təşkilatlanmalı idik. Topu ələ keçirdikdə isə sürətli hücumlar etməliydik. Afonso Moreyra və Endrik ilə bunu yaxşı bacardıq".
"PSJ-nin rotasiyalı heyəti ilə qarşılaşmaq sizi əsəbiləşdirdi?" sualına Fonsekanın cavabı isə belə olub:
"Xeyr, heç də əsəbiləşdirici deyildi. Əksinə, çox xoşbəxt idim. PSJ ilə oynamaq həmişə çox çətindir. Yaxşı oyun göstərdik və komandanımın sonadək göstərdiyi cəsarətlə qürur duydum".
O, qarşıdakı oyunlara da toxunaraq komandanın diqqətini itirmədiyini bildirib:
"Çətin proqramımız var, amma yarışda olacağımızı bilirik. Bu qələbə bizi mübarizədə saxlayır. "Oser" ilə oyun tam fərqli olacaq, ona da eyni ciddiyyətlə hazırlaşacağıq".