"Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

"Zirə" - "Turan Tovuz" görüşünü isə Əli Əliyev idarə edəcək.

 

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

 

21 aprel

19:00. "Zirə" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 2:0

 

22 aprel

 

20:00. "Sabah" – "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Bank Respublika Arena"

İlk oyun - 2:2