"Sumqayıt"da icarə əsasında çıxış edən iki futbolçunun taleyinə aydınlıq gəlib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əld edib.

"Kimyaçılar" Emil Mustafayev və Danilo Beskorovaynı ilə vidalaşacaq. Hər iki futbolçu mövsümün sonunda müqavilə ilə məxsus olduqları Ukraynanın "Polissya" klubuna qayıdacaqlar.

 

Qeyd edək ki, həm Emil, Həm də Danilo qış "transfer pəncərəsi"ndə "Sumqayıt"a qoşulub.