"Mançester Yunayted" və Fransa millisinin keçmiş müdafiəçisi Patris Evra "Barselona"nın qanad oyunçusu Lamin Yamalla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə ESPN UK-yə açıqlama verib:
"Yamala qarşı oynaya bilərdimmi? Onu diri-diri yeyərdim. Bağışla, Lamin. Səni sevirəm. Amma Kriştianodan, Messidən və digər oyunçulardan mənə qarşı oynadıqları zaman nə hiss etdiklərini soruşun. Mən yaxşı dost deyiləm".
qeyd edək ki, Evra Çempionlar Liqasının qalibi və "Mançester Yunayted"lə beşqat İngiltərə, eləcə də "Yuventus"la ikiqat İtaliya çempionudur.