“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti qış transfer pəncərəsində klubu ilə yollarını ayıra bilər.

Sport24.az xəbər verir ki, 30 yaşlı futbolçu az oynamasından narazıdı.

"Topçular”ın baş məşqçisi Mikel Arteta Deklan Raysın gəlişi ilə Partidən daha az istifadə etmək niyyətindədi.

Qanalı futbolçu karyerasını “Yuventus”da davam etdirə bilər.