"Osiyek"in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Zirə"yə qarşı Bakıda keçiriləcək cavab oyunu haqda danışıb. Sport24.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Bakıda keçiriləcək matçla bağlı bunları deyib:
"Daha yaxşı "Osiyek" görə biləcəyimizə ümid edə bilərik. Konfrans Liqasının növbəti mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. "Zirə" ilə matç asan olmayacaq, amma bu, bizim yolumuzdur".
Qeyd edək ki, "Zirə" - "Osiyek" görüşü avqustun 15-də "Liv Bona Dea Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.