"Fənərbağça"nın yeni transferi Nqolo Kante açıqlama verib. Sport24.az xəbər verir ki, Super Liqada "Gənclərbirliyi" ilə matçda (3:1) debüt edən fransalı yarımmüdafiəçi bunları deyib:
"İlk oyunumda gözəl qələbə qazandıq. Azarkeşlər oyunun əvvəlindən sona qədər dəstək oldu. Ümid edirəm ki, mövsümün sonunda da birlikdə sevinərik. Onların gözləntilərini qarşılamağa çalışacağam. Stadionda atmosfer möhtəşəm idi".
"Fənərbağça" Kanteni "Əl İttihad"dan transfer edib.