"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Premyer Liqada çempionluq yarışından danışıb. Sport24.az xəbər verir ki, norveçli hücumçu bunları deyib:

 

"Çempionluq mübarizəsi sona qədər davam edəcək. Dəfələrlə hər şeyin dəyişdiyinin şahidi olmuşuq. İndiki məqamda bu haqda çox düşünmək lazım deyil. Bütün diqqətimiz növbəti oyundadır".

 

"Mançester Siti" Premyer Liqada 50 xalla ikincidir və lider "Arsenal"dan 6 xal geri qalır.