"Spartak" "Qalatasaray"ın baş məşqçisi Okan Buruka təklif göndərib. Sport24.az xəbər verir ki, Moskva klubu türkiyəli mütəxəssisə illik 2,5 milyon avro məvacib ödəməyə hazırdır.

 

Bu barədə Türkiyə mətbuatında xəbər yayılıb. Amma Okan Burukun "Spartak"ın təklifini rədd etdiyi də qeyd olunub. 50 yaşlı mütəxəssis "Qalatasaray"dakı işinə davam etmək arzusundadır. Ötən il İstanbul klubuna çempionluq qazandıran Burukun müqaviləsi iyunun sonunda bitəcək.

 

Qeyd edək ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da "Spartak"ın baş məşqçi vəzifəsinə namizəddir.