İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Niko O'Rayli Argentina ilə keçiriləcək dünya çempionatının yarımfinal oyunu öncəsi Lionel Messi barədə danışıb. Sport24.az xəbər verir ki, 21 yaşlı müdafiəçi BBC-yə açıqlamasında argentinalı ulduza qarşı oynayacağı üçün həyəcanlı olduğunu bildirib:

"Bu oyunu səbirsizliklə gözləyirəm. Messi ilə qarşılaşmaq həyatda bir dəfə ələ düşən fürsətdir. O, karyerasının sonuna yaxınlaşır. Mənim üçün futbol meydanına çıxmış ən böyük oyunçudur. Ona qarşı oynamaq üçün səbirsizlənirəm", – deyə O'Rayli vurğulayıb.

Qeyd edək ki, dünya çempionatının yarımfinalında keçiriləcək Argentina – İngiltərə matçında O'Raylinin sol cinah müdafiəçisi kimi Lionel Messiyə qarşı çıxacağı gözlənilir. 21 yaşlı futbolçu ötən mövsüm "Mançester Siti"nin heyətində 53 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.