Ötən gün Çempionlar Liqasının ikinci turunda "Mançester Siti" səfərdə "Monako" ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.

 

İngiltərə təmsilçisinin hücumçusu Erlinq Haaland matçda dublla yadda qalıb. 

 

Mötəbər turnirdə aktivində 52 qol olan norveçli forvard artıq Tyerri Anrini (50 qol) keçərək Çempionlar Liqasının bütün zamanlarının bombardirləri siyahısında 9-cu yerə pilləyə yüksəlib.

 

Qeyd edək ki, siyahıya aktivində 140 qol olan Kriştiano Ronaldo başçılıq edir.