Yarımmüdafiəçi Frenki de Yonq "Barselona" ilə müqaviləsinin uzadılması ilə bağlı razılığa gəliblər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Tərəflər yeni müqaviləni bu həftə, çox güman ki, çərşənbə günü imzalayacaqlar.
Mənbənin sözlərinə görə, yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq, sərbəst buraxılma maddəsi 400 milyon avrodan 500 milyon avroya yüksələcək.
Qeyd edək ki, Frenki 2019-cu ildə "Ayaks"dan 85 milyon avroya transfer olunub. Yarımmüdafiəçi Kataloniya klubunda 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə edib