"Ayaks" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə müqavilə imzalamaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Niderland klubu 34 yaşlı almaniyalı futbolçunun maaşı ilə bağlı razılığa gəlməkdə çətinlik çəkir. Qapıçı mövsüm üçün15 milyon avro maaş almaq istəyir ki, bu da "Ayaks"ın gözlədiyindən çoxdur.

 

"Barselona" almaniyalı "çərçivə qoruyucusu"nu 2026-cı ilin yanvarında "Jirona"ya icarəyə verib. Ter Ştege orda cəmi iki oyunda meydana çıxıb.

 

Qeyd edək ki, qapıçının "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.