"AZ Alkmar"ın yarımmüdafiəçisi Kees Smit karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Nyukasl" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "GiveMeSport" məlumat yayıb.

 

"Sağsağanlar" Smit üçün Niderland klubunun tələb etdiyi 25 milyon avronu ödəməyə hazırdır.

 

Niderland U-21 millisinin üzvü olan 19 yaşlı yarımmüdafiəçi ilə "Real" və "Liverpul" da maraqlanır.

 

Qeyd edək ki, Kees Smit "AZ Alkmar"ın yetirməsidir. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.