"Santos"da çıxış edən Neymar yenidən zədələnib. Sport24.az xəbər verir ki, braziliyalı vinger dizindən zədə alıb. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Neymar 2025-ci il başa çatana kimi meydana çıxa bilməyəcək. 32 yaşlı futbolçu Liqada qalmaq uğrunda mübarizə aparan komandasının mövsümün son 3 oyununda iştiraak etməyəcək.
Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun Braziliya klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır.