"Santos" hücumçusu Neymarın yenidən zədələnməsi ilə bağlı Braziliya Futbol Konfederasiyasına (CBF) məlumat verib. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, forvard cümə axşamı məşq zamanı zədədən şikayətlənib və meydanı tərk edib. Cümə və şənbə günləri Neymar yalnız idman zalında məşq edib və yeriyərkən ağrılardan şikayətlənib.
Neymar 2023-cü ilin oktyabrında Uruqvayla matçda ön çarpaz bağından zədələndikdən sonra milli komandada oynamır.
Qeyd edək ki, Braziliya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Çili, 9-da isə Boliviya ilə qarşılaşacaq.