Braziliya millisinin hücumçusu Neymar dünya çempionatına hazırlaşır və artıq əşyalarını yığıb. Sport24.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında qablaşdırma prosesini göstərən bir video paylaşıb.
Çox maraqlıdır ki, braziliyalı ulduz futbolçu özü ilə apardığı əşyalar arasında ümumi dəyəri 4 milyon dollardan (təxminən 21 milyon R$) çox olan doqquz lüks saat var.
Kolleksiyaya "Patek Philippe", "Richard Mille", "Rolex", "Audemars Piguet" və "Jacob & Co." kimi modellər daxildir.