İtaliya millisinin və "Milan"nın keçmiş müdafiəçisi Nestanın yeni iş yeri müəyyənləşib.

Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Monza"ya baş məşqçi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib. 

Qeyd edək ki, Nestanın son ş yeri İtaliyanın "Reggiana" klubu olub. O, bu yay komandadan ayrılıb.