"Neftçi"nin sabiq futbolçusu Lukas Melano yeni klubla anlaşıb. Sport24.az xəbər verir ki, argentinalı forvard karyerasını ABŞ-da davam etdirəcək.

 

O, aşağı liqa təmsilçisi "Mayami" ilə anlaşıb.

 

Qeyd edək ki, 2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustunda komandadan göndərilmişdi. Melano "Neftçi"nin heyətində 12 rəsmi oyun keçirib.