"Neftçi"nin sabiq futbolçusu Aaron Olanarenin yeni klubu müəyyənləşib.

Sport24.az xəbər verir ki, nigeriyalı forvard karyerasına Norveçdə davam edəcək.

Yanvarda Bakı klubundan ayrılan 29 yaşlı ön xətt oyunçusu həmin vaxtdan klubsuz idi. O, "Molde"yə keçmək qərarına gəlib. Vaxtilə Norveçdə "Valerenqa" və "Sarpsborq" klublarında çıxış etmiş Olanare "Molde" ilə müqavilənin şərtlərini razılaşdırıb. Yaxın günlərdə tərəflər münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Aaron Olanare mövsümün əvvəlində "Ərzurumspor"dan "Neftçi"yə keçsə də, qış fasiləsində müqaviləsinə xitam verilib.