Rusiyanın "Ximki" klubunun sabiq futbolçusu İlya Kuxarçuk keçmiş komanda yoldaşı Reziuan Mirzovun "Neftçi"yə keçidinə münasibət bildirib. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu Mirzovun Bakı kıubundan təklif alması haqda ona heç nə demədiyini söyləyib: "Reziuanla münasibətim qalıb. "Neftçi"yə keçməmişdən iki gün əvvəl onunla yazışdıq. Mənə heç nə demədi. Təkliflərin çox olduğunu, lakin hələ getməyə hazır olmadığını bildirmişdi. İki gündən sonra isə “Neftçi” ilə müqavilə imzaladığını gördüm. Onu narahat etmək istəmədim. Mirzova uğurlar arzulayıram".

Kuxarçuk6n fikrincə, “Neftçi” çox güclü komandadı: "Mirzov özü də güclü futbolçudu. Ona Rusiya çempionatında niyə yer tapılmadığını söyləmək çətindi. Yəqin ki, buna “Ximki”nin aşağı liqaya düşməsi təsir etdi. Buna fikir verirlər. Futbolçunun 30 yaşı var. Düşünürəm ki, hazırkı variantı layiqlidi. Çünki “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir".

Onu da bildirək ki, İlya Rubin", "Anji", "Şinnik", "Ximki", "Torpedo"da oynayıb və hazırda "Nijni Novqorod"un üzvüdü.