"Napoli" yayda heyətini niderlandlı futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Neapol təmsilçisi PSV-nin yarımmüdafiəçisi Noa Lanqın transferi üçün addımlar atıb.

 

Lanq özü də, "Napoli"də oynamaq istəyir. Niderlandlı futbolçunun PSV ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

25 yaşlı futbolçu bu mövsüm 29 matçda 11 qol vurub, 10 asist edib. 

 

Niderland millisinin üzvü "Ayaks", "Tvente", "Brügge" komandalarında oynadıqdan sonra 2023-cü ildə PSV-yə keçmişdi.